Hacıqabulda qətil hadisəsi baş verib

Hacıqabulda qətil hadisəsi baş verib

Hacıqabulda qətil hadisəsi baş verib. SİA-nın Aran bürosuna məlumat verən Hacıqabul rayon prokurorluğunun böyük müstəntiqi Vüqar Məlikov bildirib ki, 26 mart 2012-ci il tarixdə gecə saatlarında rayon ərazisində yerləşən kafelərdən birində yerli sakinlərdən 1988-ci il təvəllüdlü Ələkbərov Elman Mehman oğlu ilə 1985-ci il təvəllüdlü Hənifəyev Ceyhun Rasim oğlu arasında mübahisə yaranıb.

Yaranmış mübahisə Koroğlu küçəsində qətllə nəticələnib. Belə ki, Ceyhun Hənifətev Elman Ələkbərova üstündə gəzdirdiyi bıçaqla sinəsindən bir zərbə vurub. Xəsarət alan E.Ələkbərov Şirvan Şəhər Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Qətli törədən Ceyhun Hənifəyev polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və barəsində Hacıqabul rayon prokurorluğunda AR CM-nin 120.1 maddəsi ilə cinayət işi başlanılıb istintaq aparılır.


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə