Bakıda qadına məxsus avtomobil qaçırılıb. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 26-da Nərimanov rayonu ərazisindəki avtoyuma məntəqələrinin birində Bakı şəhər sakini Pərvanə Qocayevaya məxsus \"Lexus\" markalı avtomaşın qaçırılıb.
Nərimanov Rayon Polis İdarəsnin 18-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşının orada işləyən Nicat Orucov tərəfindən qaçırılması və idarə edilərkən maneəyə vurulması müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB