Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub

Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub

Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan Salyan şəhər sakini Elsevər Xəlilbəyli tutulub.

Onun evinə baxış zamanı oradan 193 qram heroin, 101 qram tiryək, 1 kiloqram 294 qram həşiş, 1 ədəd bıçaq, 13 ədəd birdəfəlik şpris, 1 ədəd \"Makarov\" markalı tapança, 1 ədəd patron darağı, 3 ədəd patron, 1 ədəd pnevmatik tüfəng və digər əşyalar aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə