Ömürlük məhkuma narkotik maddələrin ötürülməsi cəhdinin qarşısı alınıb
Penitensiar Xidmətin və Qobustan həbsxanasının əməliyyat aparatları tərəfindən növbəti dəfə müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı qətiyyətlə alınıb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, 24.03.2012-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən 1975-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 120.2.1; 120.2.4; 120.2.11; 29; 120.2.7; 178.3.2; 181.3.1; 181.3.2; 181.3.3; 206.4; 217.1; 228.1; 320-ci maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş məhkum Vəliyev Rəcəb Adil oğluna qohumu Quliyev Mirzəli Əli oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman qaynadılmış ət yeməyinin (xaş) iri sümüklərinin içərisindən ümumi çəkisi 22,382 qram olan narkotik maddə - "tiryək" aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB