Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib

Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib

Ağcabədi rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, martın 22-də saat 20:00 radələrində Ağcabədi rayonunun Bilağanlı kəndində kənd sakini Nahid Hüseynov idarə etdiyi \"Ford-Tranzit\" markalı avtomaşınla Xocavənd kənd sakini Emin Məmmədovu vurub.

Nəticədə Məmmədov hadisə yerində ölüb. Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə