Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib

Zaqatala rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, martın 22-də saat 17:25 radələrində Zaqatala rayonunun Muğanlı kəndində Yuxarı Tala kənd sakini Abdulvahab Osmanov idarə etdiyi \"TOFAŞ\" markalı avtomaşını ağaca vurub. Nəticədə Osmanov hadisə yerində ölüb. Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə