Ağstafada yol qəzası can aldı

Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, martın 22-də saat 16:30 radələrində Ağstafa rayonunun Xətai kəndində Aşağı Kəsəmən kənd sakini Qurban Qurbanov idarə etdiyi \"QAZ-24\" markalı avtomaşınla Yenigün kənd sakini İlkin Məmmədovu vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Məmmədov orada ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə