FHN-in dalğıc-xilasediciləri Araz çayına düşən şəxsin axtarışına başlayıb

FHN-in dalğıc-xilasediciləri Araz çayına düşən şəxsin axtarışına başlayıb

Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən çaya düşmüş şəxsin axtarışına başlanıb. SİA-nın nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, FHN-in \"112\" qaynar telefon xəttinə saat 09:29-da daxil olmuş məlumata əsasən, 1972-ci il təvəllüdlü Aslanov Zahid Ədil oğlu Araz çayının İmişli rayonu, Yuxarı Qaralar kəndi ərazisindən keçən hissəsində ehtiyatsızlıq nəticəsində yıxılaraq çaya düşüb.

Dalğıc-xilasedicilər Aslanovun axtarışına başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə