Qəza nəticəsində avtomobil suvarma kanalına düşüb

Qəza nəticəsində avtomobil suvarma kanalına düşüb

Bərdədə növbəti yol qəzası baş verib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, rayonun Xəsili kəndi ərazisində baş verən qəzada yüksək sürətlə hərkət edən avtomobil bir neçə dəfə aşaraq suvarma kanalına düşüb. Yevlax – Ağcabədi avtomagistralının Bərdə rayonu Xəsili kəndi ərazisindən keçən hissəsində Tahir Bəşirovun idarə etdiyi minik maşını idarəetməni itirərək aşıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alsa da xoşbəxtlikdən ölüm olmayıb.Yaralı ətrafda olan insanların köməkliyi ilə rayon mərkəzi xəstəxanasına aparılıb. Xəstəxananın Travmatalogiya şöbəsinə yerləşdirilən yaralı müxtəlif dərəcəli bədən xəsarətləri alıb və vəziyəti orta ağırdır.

Hadisə ilə bağlı cinayət işi başlanıb və avtotexniki ekspertiza təyin olunub. Hazırda araşdırma aparılır.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə