Hacıqabulda Qaz Kompressor qurğusu partlayıb

Hacıqabulda Qaz Kompressor qurğusu partlayıb
Hacıqabulda partlayış olub, xəsarət alan var. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 13-də saat 13:30 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindəki \"Kalmas\" Qaz Kompressor qurğusunda təmir işləri aparılarkən yüksək təzyiqdən partlayış baş verib.

Nəticədə orada təmir işləri aparan Bakı şəhər sakini Tarıverdi Qubadov xəsarət alıb.T. Qubadov xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə