Bakıda Rusiya vətəndaşının çantasını oğurlayan keçmiş məhkum saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, fevralın 20-də Rusiya Federasiyasının vətəndaşı Zabirat Həsənovaya məxsus içərisində 40 000 rubl pul, mobil telefon və qızıl əşyaları olan çanta oğurlanıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində çantanı oğurlamış Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Aysel Məmmədova tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB