Hacıqabulda yük maşını ilə minik maşını toqquşub

Hacıqabulda yük maşını ilə minik maşını toqquşub
Hacıqabul rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, Bakı-Qazax magistralının 162-ci kilometrliyində "İveco" markalı yük maşını ilə "VAZ 21 054" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü hadisə yerində ölüb, sərnişin isə ağır bədən xəsarətləri alıb.

Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə