Azərbaycanda bir gündə iki azyaşlı uşaq ölüb. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, ilk hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. Maştağa qəsəbəsi Ərəblinski küçəsi dalan 1, ev 1-də yaşayan 8 yaşlı Südeyfxanım Abbasova mənzildə olan nəzarətsiz tüfənglə oyanayan zaman qəfildən odlu silahdan atəş açılıb. 8 yaşlı qız aldığı xəsarət nəticəsində həyatını itirib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq gedir.
Digər bədbaxt hadisə Əhmədli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2010-cu il təvəllüdlü Günel Qədirovanın üstünə televizor aşıb. Başından xəsarət alan uşaq dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB