Həmcinslərini qarət edən qadını polis saxlayıb

Həmcinslərini qarət edən qadını polis saxlayıb
Bakıda qadınları qarət edən qadını polis saxlayıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-yaverilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 32-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qadınları qarət etməkdə şübhəli bilinən Bakı şəhər sakini Zenfira Şabanova martın 9-da tutulub.

O, avtobusda Bakı şəhər sakini Zərqələm Fərhadovanın əl çantasından 255 manat, Naxçıvanski küçəsində yerləşən bazarda Tofiqə Məmmədovanın əl çantasından 217 manat oğurlamaqda şübhəli bilinir.

Hazırda polis onun digər oğurluq hadisələrində əlinin olub-olmadığını araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə