Bakı sakininin evindən silah-sursat tapılıb. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Çevik Polis Alayının, Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində D.Bünyadzadə küçəsində yaşayan İlham Abbasovun evindən 522 ədəd avtomat patronu, 3 ədəd ov bıçağı, 1 ədəd alışqanı ilə birlikdə \"F-1\" əl qumbarası və qundağı kəsilmiş \"Karabin\" markalı tüfəng aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB