153 PHS və 4 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib
2012-ci ilin fevral ayı ərzində 2, 234, 482 kv metr ərazi yoxlanılaraq, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. ANAMA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ötən ay ərzidə 153 PHS və 4 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Bu əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edib. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.
Məlumat üçün bildirək ki, indiyədək cəmi 185, 850,161 kv metr ərazi təmizlənmiib, zərərsizləşdirilmiş mina və PHS-lərin sayı isə 665,354 -dir.
Qeyd edək ki, agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Füzuli, Göygöl, Qazax, Tərtər, Abşeron rayonu Kirdağ Palçıq Vulkanları ərazisində, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB