Bakı şəhərinin Xəzər rayonunda "Daewoo" markalı sərnişin avtobusu ilə "Qaz" markalı yük avtomobili toqquşub. Nəticədə, yük avtomobilinin sürücü və sərnişini xəsarət alaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları avtomobildən çıxarıb. Sürücü - 1948-ci il təvəllüdlü Rafiq Sultan oğlu Əhmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB