Ötən gün axşam saatlarında Bakıda sərnişin avtobusunun sürücüsü qarət edilib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Xoyski küçəsi 83-ün qarşısında bir nəfər Salyan rayon sakini Aslan Məcidovun idarə etdiyi "Daevoo" markalı 133 saylı xətt avtobusundan 44 manat götürüb qaçıb.
Daxili İşlər Nazirliyi Çevik Polis Alayının əməkdaşları tərəfindən aparılan əməliyyat zamanı oğurluqda şübhəli bilinən Neftçala rayon sakini Müşviq Həziyev yaxalanaraq Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB