Çoxmərtəbəli binada yanğın baş verib

Çoxmərtəbəli binada yanğın baş verib

Paytaxtda çoxmərtəbəli binada yanğın baş verib, sakinlər təxliyə edilib. SİA-nın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, hadisə dünən gecə saatlarında paytaxtın Nəsimi rayonunda yeni inşa olunmuş 20 mərtəbəli yaşayış binasında baş verib.

Yanğın nəticəsində binanın zirzəmisindən 13-cü mərtəbəyə qədər şaxtadan keçən elektrik kabelləri 120 p.m yanıb. FHN-nin xilasediciləri yanğın zamanı yuxarı mərtəbələrdən 4 nəfəri binadan təxliyyə edib. Yanğın qısa zaman ərzində söndürülüb. Xəsarət alan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə