Bakı sakinindən külli miqdarda narkotik vasitə tapılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Cəfərovdan 1,251 qram heroin götürülüb. R.Cəfərova narkotik vasitəni satan Mirzəbala Abdullayev tutulub, ondan 24,467 qram heroin götürülüb. M.Abdullayevin mənzilinə baxış zamanı 1 kiloqram 148,216 qram heroin aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB