Yevlaxda qətl hadisəsi baş verib

Yevlaxda qətl hadisəsi baş verib

Yevlaxda dəhşətli qətl hadisəsi baş verib. Havarlı kənd sakini 39 yaşlı Məhərrəmov Xəyyam Əkbər oğlu qısqanclıq zəminində həyat yoldaşı 1985-ci il təvəllüdlü Məhərrəmova Xəyalə Dilbazi qızına çoxsaylı bıçaq zərbəsi yetirməklə onu qətlə yetirib.

SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, bununla bağlı Xəyyamın anası Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib. Dərhal Yevlax Polisinin apardığı əməliyyat qrupu və Yevlax rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə yollanıb. Qətlə yetirilənin meyiti məhkəmə tibbi ekspertizadan sonra yaxınlarına qaytarılıb.


Qeyd edək ki adıçəkilən ailənin bir azyaşlı uşağı var. Şübhəli şəxs kimi saxlanılan Məhərrəmov Xəyyam Əkbər oğlu törətdiyi cinayəti etiraf edib.


Bütün xəbərlər Facebook səhifəmizdə