Şabran rayon sakini su kanalına düşüb.SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 28-də 1972-ci il təvəllüdlü Pənah Vaqif oğlu Ramazanov Şabran rayonu ərazisindəki Samur-Dəvəçi kanalına düşüb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri qeyd olunan şəxsin axtarışlarına başlanıb. Hazırda axtarış tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB