Bakıda cibgirlər yaxalanıb

Nəsimi Rayon Polis İdarəsi CAŞ, Polis Patrul Xidməti Bölməsinin və 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuşlar, Naxçıvan şəhər sakini Şahin Əliyev və Füzuli rayon sakini Mansur Şükürovun hər birindən 1 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, araşdırma zamanı müəyyən edilib ki, Ş.Əliyev fevralın 23-də 25 saylı xətt avtobusunda Bakı şəhər sakini Cavanşir Cəfərovun mobil telefonunu oğurlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə