Beyləqanda bıçaqlanma hadisəsi baş verib

Beyləqanda  bıçaqlanma  hadisəsi baş verib

Beyləqanda dəhşətli qətl hadisəsi baş verib. Rayonun Mil qəsəbəsində 16 yaşlı Elçin Qasımov həmkəndlisi, 33 yaşlı Qadir Orucova bir neçə bıçaq xəsarəti yetirib. Yaralı xəstəxanaya aparılsa da yolda dünyasını dəyişib.

Qeyd edək ki, Elçin Qasımovun anası ilə atası bir müddət əvvəl boşanıblar. Bundan sonra Elçin Qasımov anasının həmkəndlisi, 33 yaşlı Qadir Orucovla görüşməsindən şübhələnib.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.


Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə