Bakı Böyükkəsik dəmiryolunun 254-cü km-liyində yük vaqonları aşıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Türkiyədən Bakıya yük gətirən qatarın yoldan çıxması iki vaqonun aşması ilə nəticələnib. Hadisə səhər saat 5:00 radələrində baş verib. Yevlax ərazisində baş verən bu hadisəyə dəmir yollarının bütün təmir bərpa briqadaları cəlb olunub.
Qeyd edək ki aşan iki vaqonun yalnız birində yük olub. Aşan vaqonun içərisindəki yükə ziyan dəyməsə də elektravozların hərəkətini təmin edən elektrik daşıyıcısı naqilləri bərkidilən dirəklərdən biri də tamam sıradan çıxıb. Ərazidəki dəmir yolu relslərinə də ciddi ziyan dəyib. Faktla bağlı bütün təsərrüfatlar üzrə araşdırmalar aparılır. İlkin ehtimallardan da biri devrilən vaqondakı yükün standartdan artıq olmasıdır.
Qeyd edək ki qəza baş verən ərazidə təmir işləri aparılsa da vaqonların hərəkətində fasilə və gecikmələr olmayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB