Şirvanda ağır yol qəzası baş verib - FOTO

Şirvanda ağır yol qəzası baş verib - FOTO

Şirvan şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, bu gün saat 11:15 radələrində Şirvan şəhərinin Heydər Əliyev prospektində "VAZ 2107" markalı 10 XJ 069 dövlət qeydiyyat nömrəli avtomobillə 90 XS 853 nömrəli "Pajero" markalı avtomobil toqquşub.

Nəticədə hər 2 avtomobilə ciddi ziyan dəyib, avtomobildə olan sərnişinlər xəsarət alaraq Şirvan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Şirvan polisi faktla bağlı ilkin araşdırmaya başlayıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə