49 yaşlı paytaxt sakini intihar etmək istəyirmiş

49 yaşlı paytaxt sakini intihar etmək istəyirmiş

Azərbaycan paytaxtında intihara cəhd olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün axşam saatlarında 49 yaşlı kişi Bakının Xətai rayonu, Qaçaq Nəbi küçəsi 56 ünvanında yerləşən hündür mərtəbəli binanın damından özünü atmaq istəyib.

Hadisə yerinə gələn FHN xilasediciləri dama çıxaraq vətəndaşla müvafiq danışıqlar aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intiharın qarşısını alıblar. Xilasetmə əməliyyatı saat 17:30-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə