Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qanunsuz ovun qarşısının alınması ilə əlaqədar tədbirlər keçirib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, reyd zamanı Qax şəhər sakini Elman Aydınovdan 1 ədəd \"İJ\", Bakı şəhər sakinləri Rafael Cəfərovdan 1 ədəd \"TOZ-34\", Yəhya Hadıdan 1 ədəd \"İJ-58\", Samir Əhmədovdan 1 ədəd \"İJ-27\", Azad Madnayevndən 1 ədəd \"TOZ-63\" markalı ov tüfəngləri götürülüb.
Bundan başqa həmin ərazidə sahibləri məlum olmayan 1 ədəd qoşa lülə, 1 ədəd tək lülə, 1 ədəd \"Akar\" markalı ov tüfəngləri aşkarlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB