Ölkədə son iki gündə 19 nəfər dəm qazından zəhərlənib

Ölkədə son iki gündə 19 nəfər dəm qazından zəhərlənib

Ölkədə son iki gün 19 nəfər dəm qazından zəhərlənib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, fevralın 18-də Sumqayıt şəhər sakinləri Seymur Mahmudov, Nofəl Rüstəmov, Şəhla Məmmədova, Kəmalə Ağaxanova, Bakı şəhər sakini Aynurə Şıxəliyeva, Abşeron rayon sakini Məcid Əliyev və Gəncə şəhər sakini Məlahət Quliyeva öz evlərindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Anoloji hadisə həmi gün Səbail rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində yaşayanlar Nigar Məmmədova, Nəcibə Məmmədzadə, onun bacıları Ziba və Gülnarə evlərində dəm qazından zəhərlənmişlər. Onlara xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Ötən gün isə yenidən Sumqayıt şəhər sakinləri Səhər Aslanova, Sahibə Məhərrəmova, İlhamə Mikayılova, Yeganə Nuriyeva, Abşeron rayon sakini Sevda Kazımova, İlham Tağıyev, İdrak Babatov öz evlərindən dəm qazı və dərmandan zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.


Bütün xəbərlər Facebook səhifəmizdə