Xaçmaz rayonunun Qarğalıq kəndi ərazisindən qayıqda balıq ovuna çıxan 2 nəfər hava şəraitilə əlaqədar geriyə qayıda bilməyib. Onların dənizdə köməksiz vəziyyətdə qalmaları barədə etdikləri müraciət əsasında Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları hadisə yerinə yollanıb. SİA-nın FHN-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qayıq sahildən, təxminən, 300 metr aralıda buz parçalarının arasında qalıb.
Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin Şimal Regional Mərkəzi ilə birgə keçirdiyi əməliyyat nəticəsində hər iki balıqçı həmin gün saat 23:38-də xilas olunub. Balıqçıların ilkin tibbi yardıma ehtiyacı olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB