Qazanc əldə etmək məqsədilə qadınları cinsi istismara məruz qoyan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazirliyin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Sovetnaz Quliyeva bir qrup şəxslə cinayət əlaqəsinə girərək, gəlir əldə etmək məqsədi ilə qadınları Birləşmiş Ərəb Əmirliklərinə və İrana apararaq cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB