Paytaxt polisi iki silahlını tutub

Paytaxt polisi iki silahlını tutub
Bakı polisi paytaxtda iki silahlı şəxsi zərərsizləşdirib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Hacı Əliyevdən sandıqçasında 3 ədəd patronu olan "Makarov" tipli tapança aşkar olunaraq götürülüb.

Bundan başqa Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, Seymur Zeynalovdan sandıqçasında 6 ədəd patronu olan 7,65 mm kalibrli tapança aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə