Azərbaycan Ordusunun əsgəri xidməti silahı ilə hərbçi yoldaşını yaralayıb

Azərbaycan Ordusunun əsgəri xidməti silahı ilə hərbçi yoldaşını yaralayıb
Azərbaycan Ordusunun əsgəri xidməti silahı ilə hərbçi yoldaşını vurub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Milli Ordunun əsgəri, 1989-cu il təvəllüdlü Elnur Dadaşovun əlindəki xidməti silahdan təsadüfən açılan atəş nəticəsində güllə onun hərbçi yoldaşı, 1992-ci il təvəllüdlü Sakit Abdullayevin ayağına dəyib. Hadisə təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib.
Qeyd edək ki, S.Abdullayev Qusar, E.Dadaşov isə Salyan Rayon Hərbi komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə