Gəncənin yaşayış qəsəbəsində partlayıcı tapıldı - FOTOSESSİYA

Gəncənin yaşayış qəsəbəsində partlayıcı tapıldı - FOTOSESSİYA

Gəncənin Məhsəti qəsəbəsində partlamayan hərbi sursat tapılıb. SİA-nın bölgə müxbirinin sakinlərə istinadən verdiyi məlumata əsasən, ərazidən 4 ədəd raket mərmisi aşkar olunub. Burada yaşayan sakinlərin sözlərinə görə, mərmilər artıq uzun illərdir ərazidədir ancaq nədənsə aidiyyəti qurumlara məlumat verilməyib. Təhlükənin digər səbəbi də ondan ibarətdir ki, partlayıcı qurğular yaşayış evlərinin cəmi 10 metirliyində yerləşir.

Məsələ ilə bağlı əraziyə ilk olaraq polis orqanlarının işçiləri gəlib. Məhz onların müraciətinin ardından əraziyə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) istehkamçıları dəvət olunub. Mütəxəssislərin araşdırmasının ardından bəlli olub ki, partlayıcılar 140 mm-lik raketlərin mərmisidir. Bunlardan 4-ü qəlpəli 1-isə kimyəvidir. Artıq ərazi çəpərlənib və partlayıcılar ərazidən götürüləcək.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə