Gəmidə ölən şəxslər bu gün dəfn ediləcək

Gəmidə ölən şəxslər bu gün dəfn ediləcək

Ötən gün Xəzərin Bakı sahilində, balıqçı gəmisində baş vermiş partlayış nəticəsində ölən şəxslərin meyitləri ailələrinə verilib. SİA-nın məlumatına görə, dünyasını dəyişmiş 4 nəfər şəxs bu gün dəfn ediləcək.


Qeyd edək ki, məlum hadisə Xətai rayonu, Zığ şosesi, 57-ci quru yük limanı adlanan ərazidə, "Nargilə" kafesinin arxa hissəsində - "PTS 225 Mərdəkan" gəmisində baş verib. Azərbaycanın DSP şirkətinə məxsus olduğu bildirilən gəmidə olan 4 nəfər - kapitan, 1964-cü il təvəllüdlü Xalatuyev Hacı Həsən oğlu, mexanik Sahib Beydullayev, motorçu, 1965-ci il təvəllüdlü Maarif Ağayev və qaynaqçı, 1960-cı il təvəllüdlü Hacıyev Mehman Cəmil oğlu hadisə yerində dünyalarını dəyişib. Partlayışdan sonra yanğın baş verdiyindən onların meyitlərini yanğınsöndürənlər aşkarlayıblar.


Faktla əlaqədar Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb və istintaq aparılır.


Bütün xəbərlər Facebook səhifəmizdə