FHN Bakıdakı yanğınla bağlı məlumat açıqlayıb

FHN Bakıdakı yanğınla bağlı məlumat açıqlayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda hündür mərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb. FHN-dan SİA-ya verilən məlumata görə, dünən Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının elektrik şaxtasından keçən mərtəbələrarası elektrik kabelləri 50 p.m uzunluqda yanıb. 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib, mənzillər yanğından mühafizə olunub. Yanğın saat 14:16-da yanğınsöndürənlər tərəfindən tam söndürülüb.


Bütün xəbərlər Facebook səhifəmizdə