Şirvanda əxlaqsızlıq yuvası və tiryəkxana aşkarlanıb. SİA-nın Aran bürosuna Şirvan Polis Şöbəsindən verilən məlumata görə, Quliyev Çingiz Ömər oğlu şəxsi maraq müqabilində müxtəlif vaxtlarda Paşayev Ramil Vaqif oğluna özü ilə gətirmiş olduğu narkotik vasitə olan tiryəki bişirərək hazırlayıb, qəbul etməsi üçün yer verərək narkotik vasitənin istehlakı üçün tiryəkxana təşkil edib və saxlayıb. Bundan başqa Quliyev Çingiz Ömər oğlu satış məqsədi olmadan, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,750 qram çəkidə narkotik vasitə olan tiryək əldə edib, qanunsuz olaraq yaşadığı Şirvan şəhəri S.Vurğun küçəsi ev 26, mənzil 2-də saxlamış və 14.02.2012-ci il tarixdə Şirvan ŞPŞ əməkdaşları tərəfindən onun yaşadığı həmin ünvana baxış keçirilən zaman göstərilən narkotik vasitə aşkar edilərək götürülüb.
Zeynalov Əziz Salman oğlu tamah məqsədilə işlədiyi Şirvan şəhəri Mehmandarov küçəsində yerləşən 1 saylı şəhər hamamında fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası təşkil edərək, saxlamış və 10 fevral 2012-ci il tarixdə Misirxanov Elman İlyas oğlundan 25 manat pul alaraq özünün dəvət etdiyi Şərbətova Aidə Savet qızı ilə hamam otağında birlikdə olması üçün şərait yaradaraq yer verib. Hər iki faktla bağlı araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB