Şəmkir sakini həmyerlisinin boğazını kəsib - FOTO

Şəmkir sakini həmyerlisinin boğazını kəsib - FOTO

Şəmkirdə gənclərin mübahisəsi qanla bitib. Hadisə rayonun ticarət mağazalarının birində baş verib. 1985-ci il təvəllüdlü Şəmkir sakini Əsgərov Xəqani Daşdəmir oğlu 14 fevral tarixində mübahisə zəminində həmkəndlisi 1983-cü il təvəllüdlü İbrahimov Elxan Eynur oğlunu qətlə yetirib. Yuxarıda adıçəkilən şəxs gəzdirdiyi cib bıçağı ilə mərhumun boğaz nahiyəsini kəsib. Aparılan təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Xəqani Əsgərov bir gün sonra hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən tutulub.

Hazırda faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1201-ci (Qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə