Paytaxtda daha bir yaşayış binasında yanğın olub

Paytaxtda daha bir yaşayış binasında yanğın olub

Paytaxtda daha bir yaşayış binasında yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, bu gün günorta saatlarında paytaxtın Xətai rayonunda əsasən qamış konstruksiyadan ibarət ümumi sahəsi 450 kv.m olan ikimərtəbəli çoxmənzilli yaşayış binasında yanğın baş verib.


Nazirlikdən verdiyi ilkin məlumata görə yanğın nəticəsində binanın dam örtüyü, təxminən 150 kv.m sahədə yanıb. Faktla bağlı hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri də cəlb olunub və 8 nəfər bina sakini xilasedicilər tərəfindən təxliyə olunub.

"Hazırda hadisə yerində müvafiq söküntü işləri görülür və yanğının səbəbinin müəyyən olunması üzrə iş aparılır".

Qeyd edək ki, bu yanğın Bakıda gün ərzində yaşayış binsaında baş verən ikinci hadisədir. Digər hadisə isə Yasamal rayonunun Naxçıvani küçəsi 22-də, "Caspian Plaza" iş mərkəzinin yanındakı 16 mərtəbəli yaşayış binasında baş vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə