Yanacaqdoldurmaya basqın edən 2 nəfər yaxalanıb

Yanacaqdoldurmaya basqın edən 2 nəfər yaxalanıb

Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də yanacaqdoldurma məntəqəsində operatoru hədələyərək ondan pul tələb etmiş 2 nəfər yaxalanıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanacaqdoldurma məntəqəsində operatoru bıçaqla hədələyərək ondan pul tələb edən Gəncə şəhər sakinləri 23 yaşlı Nizami Əliyev və 25 yaşlı Tural Əsədov saxlanılaraq istintaqa təhvil veriliblər. Faktla əlaqədar araşdırma aparılır

Bütün xəbərlər Facebook səhifəmizdə