Beyləqanda qonaqlıq yasa döndü
Beyləqanda kütləvi zəhərlənmə hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, rayonun Allahyarlı kənd sakini Elməddin Şirinovun evində özü və qonaqları Seymur Şirinov, Zaur Allahverdiyev və Fariz Qurbanov turşudan zəhərləniblər. Zəhərlənənlər dərhal rayon mərkəzi xəstəxansına catırılıb.

Fariz Qurbanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər şəxslər xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, xəstələrin vəziyyətləri ağır olduğundan Bakı şəhəriinə göndərilib.

Qeyd edək ki, qonaqlıqda istifadə edilən ərzaq məhsulları analiz ücün Bakı şəhərinə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə göndərilib.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə