Qarlı hava şəraiti Göygöldə ölümlə nətiğələnən yol qəzasına səbəb oldu - FOTO
Qarlı hava şəraiti ölümlə nətiğələnən yol qəzasına səbəb olub. Hadisə Gəncə-Qazax magistral avtomobil yolunun Gyöygöl rayon hissəsində baş verib. SİA-nın bölgə müxbirinin Göygöl rayon Polis Şöbəsinə istinadən verdiyi məlumata əsasən, Gədəbəy rayon sakini, 1980-cı il təvəllüdlü Süleymanov İbad İkram oğlu özünə məxsus "Ladnqruzer Prado" markalı avtomobili ilə idarəetməni itirərək qarşı tərəfdən hərəkət edən Türkiyə vətəndaşı, 1974-cü il təvəllüdlü Engin Kurtun idarə etdiyi "TİR" markalı avtomobillə toqquşub. Nəticədə Gədəbəy sakini yerindəcə keçinib. Avtomobildə olan digər sərnişin, 1985-ci il təvəllüdlü Cəfərov Qəhraman Nəriman oğlu isə ağır yralanıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına qaldırılıb.
Göygöl rayon Polis Bölməsində aparılan ilkin istintaq zamanı məlum olub ki, qəzaya qarlı hava şəraiti səbəb olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB