Polis əməkdaşları ilə gənclər arasında baş verən qarşıdurmada saxlanılan şəxslərin adları məlum olub-YENİLƏNİB
Yasamal Rayon Polis İdarəsi rayon ərazisində polis əməkdaşları ilə bir qrup gənc arasında baş verən qarşıdurmada saxlanılan şəxslərin adı məlum olub. Yasamal Rayon Polis İdarəsindən SİA- ya verilən məlumata görə, saxlanılan şəxslər Əliağa Abbasov, İntiqam İmanov və Canəhməd Nəzərovdur. Onların barələrində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. Digərlərinin axtarışı isə davam etdirilir.
Hadisə nətiçəsində ÇPA polislərindən 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bunlar Zaur Məmmədov, Rəfail Kərimov, Ruslan Abdullayev, Elməddin Əzizov, Nicat Əliyev, Sadiq Mustafayev, İbrahim Əkbərli, Abdulkərim Adıgözəlovdur.
Qeyd edək ki, bir qrup gənc sərxoş vəziyyətdə Bakı Metropoliteninin "Nizami" stansiyanın platformasında polis əməkdaşlarına söz ataraq sataşıblar. Stansiyadan çıxandan sonra isə polis əməkdaşları ilə həmin şəxslər arasında dava düşüb. Nəticədə polis əməkdaşları müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisədə təqsirləndirilən şəxslərdən 3-ü isə saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB