Qızıl-zinət əşyaları oğurlayanlar tutuldu

Qızıl-zinət əşyaları oğurlayanlar tutuldu

Yanvarın 30-da H.Əliyev küçəsində yaşayan Patima Qurqunayevanın evindən açar seçmə yolu ilə qızıl-zinət əşyaları oğurlanıb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Nəsimi RPİ CAŞ və 19-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Cəfər Cəfərov, Cavid Məmmədli və Abşeron rayon sakini İsrafil Mirzəbəyli fevralın 6-da yaxalanıb.


Bütün xəbərlər Facebook səhifəmizdə