Ucarda yol qəzası baş verib

Bakı-Qazax magistral avtomobil yolunda nəqliyyat hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun vediyi xəbərə görə, hadisə Ucar rayon Bərguşad kəndi ərazisində yolun 221 km də qeydə alınıb.

Bərdə rayon sakini Cəmil Mirzəliyevin idarə etdiyi kamaz marakalı yük avtomobili ilə Bakıdan Qazax istiqamətilə hərəkət edərkən eyni zamanda əks istiqamətdə hərəkətdə olan Ağdaş rayon sakini Elçin Abdullayevin idarə etdiyi "İsuzu" markalı avtomabillə toqquşub.

Nəticədə "isuzu" markalı avtomobilin sərnişini Ağdaş rayon sakini Akşin Şirinov müxtəlif bədən xəsarətləri ilə Ucar rayon xəstəxanasına çatdırılıb.

Hər iki maşına ciddi ziyan dəyib. Baş vermiş hadisə ilə bağlı baş dövlət yol polisi əməkdaşları araşdırma aparır. Hadisəyə ilkin versiya kimi yolların buzlu olması ehtimal edilir, amma buna baxmayaraq hadisənin daha dəqiq səbəbi təyin ediləcək avtotexniki ekspertiziyanın rəyindən sonra məlum olacaq


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə