FHN Bakıdan Gürcüstana neft məhsulları daşıyan yük qatarının aşması ilə bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıdan Gürcüstana neft məhsulları daşıyan yük qatarının aşması ilə bağlı məlumat yayıb. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Hacıqabul rayonunda Hacıqabul Dəmir Yolu Stansiyasında Bakı-Gürcüstan istiqamətində hərəkət edən qazalin tərkibli neft məhsulu daşıyan hər birinin tutumu 60 ton olan 3 ədəd sistern aşıb, 3 sistern yoldan çıxıb. Yanğın hadisəsi qeydə alınmayıb.
Qəzanın nəticələrinin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerində növbə çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB