Xaçmaz rayonun Xudat şəhərində partlayışla müşayət olunan yanğın hadisəsi baş verib. Birmərətbəli yaşayış evinin yanması nəticəsində 6 nəfərdən ibarət ailəyə ciddi ziyan dəyib.
SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, hadisə Xudat şəhəri H.Aslanov küçəsi 17 ünvanında qeydə alınıb. Gülməmmədoğlu ailəsinə məxsus fərdi yaşayış evində əvvəlcə 2 partlayış dalğası, daha sonra isə şiddətli yanğın baş verib. 3 otaq, mətbəx, dəhliz və eyvan içərisindəki ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb.
Hadisə yerinə Xaçmaz və Xudat Yanğın Təhlükəsizliyi Xidmətinin 2 yanğınsöndürən maşını gəlib və alovun qonşu evlərə keçməsinin qarşısı alınıb. Hadisənin qaz xətlərində yaranan sızma nəticəsində baş verdiyi güman edilir. Qeyd edək ki, əraziyə Xaçmaz Qaz İstismarı İdarəsinin briqadası da cəlb olunub, araşdırmalar aparılır.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB