Bakıda kütləvi dava olub
Paytaxtın Nizami rayonunda kütləvi dava olub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, fevralın 2-si saat 22:40 radələrində Naxçıvanski küçəsində naməlum şəxs Ravil İbrahimov, Sədi Əliyev və Rəşad Adıgözəlova daxilə nüfuz etməyən bıçaq xəsarətləri yetirib.

Nizami RPİ 24-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Şəki şəhər sakini Fariz Əhmədov fevralın 3-də yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə