Bu gün səhər saat 7.00 radələrində "Azneft" İB-nin "Neft Daşları" NQÇİ-də operator işləyən 1954-cü il təvəllüdlü Gözəlov Şakir Ağabala oğlu işə gələrkən dünyasını dəyişib. SİA-nın ARDNŞ-ə istinadən verdiyi məlumata görə, mərhum növbəyə getmək üçün Bakı Dəniz limanında "General Əsədov" sərnişin gəmisinə mindikdən sonra özünü pis hiss etməyə başlayıb. Gəminin həkimi ona tibbi yardım göstərməyə çalışıb, ancaq bunun müsbət nəticəsi olmayıb. Ş. Gözəlov dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB