Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu

Yanvarın 21-i saat 23:20 radələrində Bakı şəhər sakini Dmitri Başyuki yıxılaraq kəllə-beyin travması ilə koma vəziyyətində Klinik Tibbi Mərkəzə daxil olub, yanvarın 31-də orada dünyasını dəyişib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, araşdırmalar zamanı müəyyən olunub ki, onu yanvarın 20-də Y.Səfərov küçəsində naməlum avtomobil vurub. Bakı şəhər Baş Polis İdarəsinin CAİ və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Bakı şəhər sakini Vilayət Salahov idarə etdiyi "Daewoo" markalı avtomobillə birlikdə saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə